İsmayıllıda çoxlu tanınmış şairlər, alimlər, yazıçılar, aktyorlar və s. var. Bunlardan bir neçəsinin adlarını sadalamaq istərdik: Elmlər namizədi Təşəkkül Parlanov, Hilal Ələsgərov, Pedoqoji elmlər namizədi Əndəlib Quliyev, Biologiya elmlər namizədi Şəhriyar Məhərrəmov, Fizika-riyaziyyat elmləri namizədi Ağaqasım Qasımov, Texnika elmlər namizədi Bəhram Quliyev, Polis polkovniki Əziz Mövlamov, İbrahim Bağirov, Tarix elmlər namizədi Nəccar Mustafayev, Fizika-riyaziyyat elmlər namizədi Bürhan Cavadov, Telejurnalist Nadir Səfiyev, Tanınınmış neftçi-mühəndis Səmayə Hüseynova, Murad Güliyev, “Elin sozü” qəzetinin baş redaktoru Daşdəmir Əjdəroğlu, Təyyarəçi Salah Ələkbərzadə, həkim Nərgiz Əliyeva, Tahir Məmmədov.
İsmayıllının yetirmələri nəinki Azərbaycanda, bütün dünyada məşhurdular. Hətta onlardan bir çoxu başqa olkələrdə də yaşamiş və Azərbaycani təmsil etmişlər: Turkmənistan Respublıkasının Əməkdar müəllimi Filologiya elmlər doktoru, professor Tahir Cəfərli, İtaliyanın milli qəhrəmanı Məmməd Bağirov, Ukraynada adına məktəb olan sovet ittifaqının qəhrəmanı Bəhyəddin Mirzəyev, Berlində dəfn olunmuş Vahab Qasımov və s.
İsmayıllının məşhur yetirmələrindən olan Maqsud Cavadov Azərbaycanda riyaziyyatın tarixi üzrə tədqiqatlar aparmış, bu mövzuda çoxlu elmi məqalələr yazmış və kitab çap etdirmişdi.
Sizin nəzərinizə bəzi maraqli faktlari çatdırmaq istərdik: Lahıc kənd sakini Gənci 1714-1715 –ci illərdə misdən hazırladığı və Azərbaycan misgərliyinin incisi sayılan samovarları ilə şöhrət qazanmışdır. Deyilənə görə o, hazırladığı bir samovarı rus kraliçası 2-ci Yekatirinanaya hədiyyə göndərmişdi və buna görə ixtiraçıya medal verilmişdi.
1862- ci ildə Londonda keçirlən ümumdünya sənaye sərgisində Azərbaycanı təmsil edən Basqallı kələğayi toxucu Nəsir Abdülləziz oğlunun nümayiş etdirdiyi kəlağayilar gümüş medalla mükafatlandırılmışdır.
1862- ci ildə Londonda keçirlən ümumdünya sənaye sərgisində Azərbaycanı təmsil edən Basqallı kələğayi toxucu Nəsir Abdülləziz oğlunun nümayiş etdirdiyi kəlağayilar gümüş medalla mükafatlandırılmışdır.
Bu Basqalda hazırlanmış kəlağayıdır.
Hiç yorum yok:
Yorum Gönder