3 Şubat 2012 Cuma

Məktəbimiz haqqında

       İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbi



                                      Məktəbimiz haqqında

Məktəbimiz görkəmli pedaqoq İsrayıl Həsənovun adını daşıyır. Məktəbimizin əsası 1961-ci ildə qoyulub.  Məktəbimizdə 1291 şagird və140 müəllim var. Onların 671-i oğlan, 620-si isə qızdır. Məktəbimizin ilk direktoru İsrayıl Həsənov olub.  

Məktəbimiz çox böyükdür. O rayonun mərkəzində yerləşir.

 Bizim çox mehriban və innovativ müəllimlərimiz var. Məktəbimizin öz forması var. Qızlar ağ kofta, qara yubka, oğlanlar ağ köynək, qara şalvar geyirlər. Qışda qış kostyumu geyinirik. Məktəbimiz iki növbəlidir. Səhər növbəsi saat 8-dən gunorta saat 1-ə qədər davam edir. Günorta növbəsi saat 1-dən axşam saat 6-ya kimi davam edir. Hər il məktəbimizin məzunları universitetlərə qəbul olurlar. Şagirdlərimiz bir çox dünyəvi layihələrdə iştirak edirlər. 

Bu günə kimi bir çox şagirdlərimiz FLEX proqramının xətti ilə ABŞ-da təhsil alıblar.  Aynur İsmayılova, Səadət Atakişiyeva, Cəmilə Paşayeva, Leyla Atakişiyeva, Səlcuq Süleymanlı, Fərəh Məhərrəmova və başqaları.Hal-hazırda Şükufə Nəcəfova öz şagirdləri ilə müxtəlif dünyəvi layihələrdə iştirak edir. O, iki IEARN təşkilatının xətti ilə layihənin fasilitatorudur:"Xalq nağılları" və "Yerli tariximiz".

Şükufə Nəcəfova müxtəlif təşkilatların konfranslarında iştirak edir və təqdimatlar edir: "AZETA", "IREX" vəs. O, özmüəllim bloqunu və layihələrlə bağlı bir şox bloqlar hazırlayıb.


     Ünvanlar bunlardır:

http://shukufanajafovassite.blogspot.com/

         

http://sites.google.com/site/onedayinmylifeshukufanajafova/

Şükufə Nəcəfova TEA proqramının qalibidir.O, ABŞ-da 6 həftəlik təcrübə mübadiləsində olub.

O bir çox xarici ölkələrdə olub: "Turkiyə, Mərakeş, Gürcüstan, Litva, Amerika". Onun şagirdlərindən biri Vüsal Həmzəyev Londonda “Caspian Khazri” adlı bir Azərbaycan məktəbi açıb. O həmçinin "Araz" qəzetinin təsisçisidir. Şükufə Nəcəfova Beynəlxalq Müəllimlər Assosiasiyasının üzvüdür.Bizim məktəbimizdə rus və Azərbaycan bölməsi var.Xaricdə çoxlu məzunlarımız işləyir. Vüsal Həmzəyev, Rəşad Hüseynov, Seymur Məmmədli vəs. 2008-ci ildə prezidentin qərarı ilə "Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" müsabiqəsi keçirildi və həmin il məktəbimiz və iki müəllimimiz:Şükufə Nəcəfova və Ülviyyə Tahirova qalib oldu.


        Biz məktəbimizi sevirik və ümidvarıq ki siz də sevəcəksiniz.

        


Hiç yorum yok:

Yorum Gönder