NOVRUZ
 Novruz nədir?
 Novruz nədir?                    NOVRUZ-yaşıl səməni, rəngli yumurtalar, konfet və tonqaldır.           
               Novruz Azərbaycanın milli bayramıdır. Novruz yeni gün mənasını verir. Novruz      dünya müsəlmanlarının ən qədim bayramıdır.Bu bayram Türkiyədə, İranda,      İraqda, Əfqanıstanda və s. qeyd edilir.  Bu bayramı martın 21-də, həyatın və      təbiətin yeniləşməsi kimi qeyd edirlər. Biz bu bayramı “yaz bayramı”      adlandırırıq. Bayramdan əvvəl dörd çərşənbə qeyd edilir. Birinci-su,      ikinci-od, üçüncü-yel, dördüncü-torpaq çərşənbəsidir.Biz bu çərşənbələri      doğmalarımızla qeyd edirik. Analar plov bişirir, uşaqlar tonqal üstündən      tullanırlar. Valideynlər uşaqlarına hədiyyələr, yeni paltar və konfet      alırlar. İnsanlar da təbiət kimi paltarlarını dəyişir. Adamlar evləri ,      həyətləri , küçələri təmizləyirlər. Bu həm də xeyriyyəçilik      bayramıdır.İnsanlar xonçalar hazırlayır , ehtiyacı olanlara verirlər.      Xonçada  həmişə   paxlava , şəkərbura , qoğal, konfet , quru meyvə      olur.Ortasında isə səməni qoyulur, ətrafında şamlar yanır.
                 Bahar qız martın 21- də gəlir  . O milli paltar      geyinir.Atla faytonda səyahət edir . Bahar qız öz faytonunu  çiçəklərlə ,      qırmızı lentlə bəzəyir. Burda kosa və keçəl də olur. Onlar da novruz      şənliyində iştirak edir, kələkləri ilə insanları güldürürlər sonra isə pay      istəyirlər . 
                 Biz qohumlarımıza açıqcalar göndəririk. Nənə      və babalarımıza baş çəkirik.
Biz hər kəsi təbrik edir və deyirik: "Bayramınız mübarək!"
Biz hər kəsi təbrik edir və deyirik: "Bayramınız mübarək!"
 
Hiç yorum yok:
Yorum Gönder