Rayonumuzun görkəmli şəxsiyyətləri eləcə də ədəbiyyatşünasları
     Rayonumuz İsmayıllı çox görkəmli şəxsiyyətlər      yetişdirib. Belə  bənzəri olmayan şəxsiyyətlərdən görkəmli alim və yazıçı      olan Manaf Süleymanovu, həkim,din xadimi Molla Məhəmməd Rzanı, Azərbaycanda      qadın hərəkatının görkəmli xadimlərindən biri “Azərbaycan jurnalının”      redaktoru və ən nəhayət tarix elmləri namizədi Hökümə Sultanovanı,      Azərbaycan diviziyasında alay komandiri kimi çalışan Seyfulla      Mehdiyevi,akademik, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi      Soltan Mehdiyevi, respublikamızda ilk hüquq məktəbinin direktoru, BDU-nun      müəllimi olmuş, beynəlxalq hüquq mütəxəssisi Yusif Rəhimlini, Azərbaycan      xalq rəssamı Ağa Mehdiyevi, iqtisad elmləri namizədi, ilk qadın gəmi      kapitanı Şövkət Səlimovanı, eləcə də, geologiya-mineralogiya elmləri      namizədi Səfurə Süleymanovanı və başqalarını misal göstərmək olar.
     Yurdumuz İsmayıllıda çoxlu savadlı insanlar      yaşayıb-yaradıb. Belə dahilərdən biri də texnika elmləri doktoru, əməkdar      elm xadimi, beynəlxalq mühəndislik Akademiyasının akademiki Tofiq İsmayılovu      misal gösyərmək olar. Tofiq Kzım oğlu İsmayılov 1933-cü ildə İsmayıllı      rayonun Basqal kəndində anadan olmuş, 1991-ci ildə isə vəfat etmişdir. O,      Y.A, Qaqarinin adını daşımış pionerlər sarayının aviamodel dərnəyində      başlamışdır. 1951-ci ildə orta məktəbi bitirərək, Moskvadakı Elektrotexniki      Rabitə İnsitutuna daxil olmuşdur. 1982-ci ildən  ömrünü sonunadək Kosmik      Tədqiqatlar Elm –İstehsalat Birliyinin baş redaktoru-baş konstruktoru      vəzifəsində işləmişdir. Onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq Aerokosmik      İnformasiya Elmi-Tədqiqat İnsitutu və respublikamızda ekoloji problemləri      aerokosmik üsul və vasitələrlə öyrənən Ekologiya İnistitutu yaradılmışdır.      O, 200 – dən artıq işin və ixtiranın müəllifidir. Əbulhəsən  Əzəkbərzadə      Azərbaycan xalq yazışısıdır. Çingiz Ələkbərzadə (1936-1999).O, Azərbaycan      Dövlət Univerisitetinin filologiya fakultəsini bitirdikdən sonra 1960-cı      ildə Əlibayramlıda müəllim işləyib. Onun “Vulkan”,      “Hamilə dəniz”, “Alman şərabı”, “Çılpaqlı”, “Zindan”,      “Qumarbaz”və s.əsərlərini misal göstərmək olar.
     Sizə sevimli şairimiz Musa Yaqubun Əbu dünyanın qara      daşı göyərməz şerini təqdim edirik.
      Bu dünyanın qara daşı göyərməz. 
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib,qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
 
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib,qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
      Nə o ocaq közərəsi, sönəsi, 
Ötən günlər bir də geri dönəsi.
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.
Ötən günlər bir də geri dönəsi.
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.
     O gül yanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.
 
Hiç yorum yok:
Yorum Gönder