3 Şubat 2012 Cuma

İsmayıllının iqtisadiyyatı

                   

      ISMAYILLİ RAYONUNUN İQTİSADİYYATI

          
  Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən gözəl və səfalı yerlərdən biri də İsmayıllıdır.Rayon şimaldan Quba,cənubdan Kürdəmir və Göyçay, qərbdən Qəbələ, şərqdən Şamaxı rayonları ilə həmsərhəddir.Rayonun sahəsi 2074 kvadrat km-dir, əhalisi 78000-dir.
İsmayıllı çox gözəl təbiəti, bərəkətli torpaqları, mehriban insanları ilə seçilir.
İsmayıllının qoruğu Xənəyə kəndindən Qalacıq kəndinə qədər olan çox böyük ərazini tutur. Burada 134 növ bitki qorunur.İsmayıllı meşələrində palıd,cökə,ağcaqayın , şam,fıstıq, və sair ağaclar mövcuddur.İsmayıllının əhalisi-əkinçiliklə, maldarlıqla, quşçuluqla, bağçılıqla,bostançılıqla məşğuldular.Bu meşələrdə bir çox heyvan növləri var ki bunlardan canavar, tülkü, ayı, maral, cüyür, dələ, çaqqal və s.
Burada müxtəlif xalqların nümayəndələri  yaşayır: ləzgilər, tatlar kürdlər, ruslar, yahudilər və s.
İsmayıllının əhalisi əkinçiliklə, maldarlıqla, üzümçülüklə, quşçuluqla, bağçılıqla bostançılıqla məçğuldurlar.
Rayonun iqlim şəraiti ilə əlaqədar olaraq ərazisində 20 çay, 10-dan çox göl və su anbarı vardır. Ərazisində ən böyük çayları Göyçay, Girdimançay və Ağsu çaylarıdır.
Rayonumuzun  yerli  imkanlarından  istifadə  edərək  biz  üzümçülüyü, şərabçılığı, meyvəçiliyi, arıçılığı, xalçaçılığı, ipəkçiliyi, dərman  bitkilərinin  yığılması  və  emalını  eyni  zamanda  xalq  sənətkarlığını  inkişaf etdirməliyik. Rayonumuzun  zəngin  ətraf  mühiti  vardır. Biz  ətraf  mühiti  qorumalıyıq. Biz  turizmi  və  sanatoriyaları  inkişaf  etdirə  bilərik, çünki  rayonumuzun  bu  sahəyə  uyğun təbiəti  və  iqlimi  var.
Sovet  rejimi  dövründə  rayonumuzun  iqtisadiyyatının  əsas  hissəsini  üzümçülük  təşkil  edirdi. Bu  illər  ərzində  üzümçülük  inkişafın  ən yüksək  nöqtəsinə  çatmışdır. 90-cı  illərdən  sonra üzüm  bağları  dağıdıldı. Biz  iqtisadiyyatımızın  bu  sahəsini  dirçəltməliyik. İsmayıllıda  çoxlu  meşələr  vardır. Biz  bu  meşələri  qorumalıyıq. İsmayıllı  da  həmçinin  kərpic  zavodu  vardır. Burda  qoyunçuluq  və  maldarlıqda  inkişaf  etmişdir. Bizim  rayonda  yağ-pendir  zavodları  da  vardır. İsmayıllının  kəndlərində  də  sənayemizin  bəzi  sahələri  inkişaf  etmişdir, məsələn: Lahıc  qəsəbəsində   xalq  sənətkarlığı, xalçaçılıq, Basqal  qəsəbəsində  isə  kəlağayı  sexləri  fəaliyyət  göstərir.
Biz  bilirik  ki, İvanovka  kəndində  kollektiv  təsərrüfat fealiyyet göstərir. Bu  sahəni  inkişaf  etdirməklə  bərabər eyni  zamanda  sahibkarlığı  və  fermer  təsərrüfatını   genişləndirə bilərik.

Hiç yorum yok:

Yorum Gönder