Ismayillinin tarixi

İsmayıllı rayonu 1931-ci ildə təşkil edilmişdir. Sahəsi 2064 km² -dir .Zəngin təbiəti, münbit torpaqları, çayları, saf bulaqları, geniş otlaqları , gədim zamanlardan bu ərazidə insanların məskən salmasına səbəb olmuşdur. Əcdadlarımız xüsusilə maldarlıq, ovçuluq və bağçılıqla məşğulolmuşlar.
Burada çoxlu tarixi abidələr var.Talıstan yaxınlığında Cavanşir qalası, Xanagah yaxınlığında Qız qalaları (XI-XIII əsrlər), Basqalda hamam, məscid, qədim çinar ağacı. (XIII əsr), Lahıc yaxınlığında Girdiman qalası və türbə, Sulut yaxınlığında Fitdağ ( XIII əsr ) və s. Sanqalan, Quşencə və İvanovka yaylarında abidələr nisbətən salamat qalıb. Kürdüvan, Uzunboylar, Şıxdərə təpəsi, Mollaisaxlı, Qalagah, Hacıhətəmli, Pətəkli, Qışlaq və Şəkili abidələri. Burdan tapılan silahlar, məişət əşyaları, əmək alətləri, heykəlciklər, pullar burada inkişaf etmiş mədəniyyətə və təssərrüfata malik əhali yaşadığını göstərir. Bu abidələrin yalnız 0.6-0.8 m dərinlikdə qalıqları qalıb.
Hiç yorum yok:
Yorum Gönder