Azərbaycanın tarixi
Azərbaycanın çox şanlı tarixi var. Azərbaycanda Cavanşir, Babək, Şah İsmayıl Xətayi ,Koroğlu , Cavad xan və s. kimi oğullar yetişib. Bu vətən oğulları həmişə Vətənin xeyri haqqında fikirləşiblər. Məsələn, Cavanşir gecələrini yuxusuz keçirir, öz vətəninə necə faydalı olmaq haqqında fikirləşirdi.
9-cu əsrdə ərəblər Azərbaycanı işğal edərkən Babək öz xalqını düşmənlərdən azad etməyi qərara aldı. O, ərəblərə qarşı 20 ildən artıq mübarizə apardı. Baxmayaraq ki, o, məğlub oldu, onun mübarizəsi Ərəb Xilafətini kökündən sarsıtdı.O, öz xalqının ,Vətəninin uğrunda özünü qurban verdi.
Mən deyə bilmərəm ki, tariximizdə qara səhifələr yoxdur. Çünki Azərbaycanın coğrafi mövqeyi , təbiəti , təbii sərvətləri həmişə yadellilərin diqqətini cəlb edib və sülhsevər, qonaqpərvər Azərbaycan xalqı həmişə öz qonşularından xəyanət görüb .Tariximizdə çoxlu faciələr var: Bərdə faciəsi (ruslar tərəfindən ) , XIII-XIV əsrlərdəki faciələr (monqollar tərəfindən) , XVII-XVIII əsrlərdəki faciələr (ruslar tərəfindən ), 1804-cü il Gəncə faciəsi (ruslar tərəfindən ) və s.
1828-ci ildə Azərbaycan Türkmənçay müqaviləsinə görə iki hissəyə parçalandı. Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan İrana verildi. Araz çayı isə iki hissə arasında sərhəd oldu. 1918-ci il mayın 28-də M. Ə.RƏSULZADƏ hakimiyyətə gəldikdən sonra Şimali Azərbaycan azad olundu. Cənubi Azərbaycan isə hələ də İranın tərkibindədir.
Böyük kədərlə deməliyəm ki, tarix boyu BORÇALIMIZ Gürcüstana, DƏRBƏNDİMİZ Rusiyaya,AZƏRBAYCANIN cənnət diyarı GÖYÇƏ mahalı isə ermənistana “ hədiyyə edilib”. Halbuki, ermənilərin tarixən öz torpaqları belə olmayıb. Onlar həmişə bizim torpaqlarımızda yaşayıblar və indidə yaşayırlar. Onlar eyni zamanda AZƏRBAYCANIN gözü olan QARABAĞI işğal ediblər, 20 YANVAR faciəsini, 26 FEVRAL XOCALI SOYQIRIMINI törədib, qocalara ,qadınlara , uşaqlara ağlasığmaz vəhşiliklər ediblər. Amma onlar bilməlidirlər ki, QARABAĞ bizimdir və belə də olacaq.Sonda demək istəyirəm ki, mən fəxr edirəm ki,AZƏRBAYCAN kimi qəhrəman bir ölkənin vətəndaşıyam və inanıram ki, biz torpaqlarımızı tezliklə mənfur düşməndən xilas edəcəyik. AZƏRBAYCAN məğlubedilməzdir!
Hiç yorum yok:
Yorum Gönder