NOVRUZ
NOVRUZ-yaşıl səməni, rəngli yumurtalar, konfet və tonqaldır.
Novruz Azərbaycanın milli bayramıdır. Novruz yeni gün mənasını verir. Novruz dünya müsəlmanlarının ən qədim bayramıdır.Bu bayram Türkiyədə, İranda, İraqda, Əfqanıstanda və s. qeyd edilir. Bu bayramı martın 21-də, həyatın və təbiətin yeniləşməsi kimi qeyd edirlər. Biz bu bayramı “yaz bayramı” adlandırırıq. Bayramdan əvvəl dörd çərşənbə qeyd edilir. Birinci-su, ikinci-od, üçüncü-yel, dördüncü-torpaq çərşənbəsidir.Biz bu çərşənbələri doğmalarımızla qeyd edirik. Analar plov bişirir, uşaqlar tonqal üstündən tullanırlar. Valideynlər uşaqlarına hədiyyələr, yeni paltar və konfet alırlar. İnsanlar da təbiət kimi paltarlarını dəyişir. Adamlar evləri , həyətləri , küçələri təmizləyirlər. Bu həm də xeyriyyəçilik bayramıdır.İnsanlar xonçalar hazırlayır , ehtiyacı olanlara verirlər. Xonçada həmişə paxlava , şəkərbura , qoğal, konfet , quru meyvə olur.Ortasında isə səməni qoyulur, ətrafında şamlar yanır.
Bahar qız martın 21- də gəlir . O milli paltar geyinir.Atla faytonda səyahət edir . Bahar qız öz faytonunu çiçəklərlə , qırmızı lentlə bəzəyir. Burda kosa və keçəl də olur. Onlar da novruz şənliyində iştirak edir, kələkləri ilə insanları güldürürlər sonra isə pay istəyirlər .
Biz qohumlarımıza açıqcalar göndəririk. Nənə və babalarımıza baş çəkirik.
Biz hər kəsi təbrik edir və deyirik: "Bayramınız mübarək!"
Biz hər kəsi təbrik edir və deyirik: "Bayramınız mübarək!"
Hiç yorum yok:
Yorum Gönder